Orqanlarımızdakı fəsadlar fəsillərə görə dəyişirmi? - SƏBƏBLƏR 

Orqanlarımızdakı fəsadlar fəsillərə görə dəyişirmi? - SƏBƏBLƏR 

Hazırda oxunan: Orqanlarımızdakı fəsadlar fəsillərə görə dəyişirmi? - SƏBƏBLƏR 

76599

Orqanlarımızın fəaliyyəti, həssaslığı, mövsümi dəyişkənliklərə olan cavab reaksiyası bütün dövrlərdə insanların, xüsusilə də tibb işçilərinin maraq dairəsində olub.  

Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən həkim-terapevt Rasif Bağırovun sözlərinə görə, yaz və payız aylarında insan orqanizminin minerallara və vitaminlərə olan ehtiyacı kəskin şəkildə artır.  
 

MÖVZU İLƏ BAĞLI:

Orqan transplantasiyasına vəsait ayrılacaq


“Təbiətdə olduğu kimi insan orqanizmində də, mineral və vitaminlərə ciddi ehtiyac duyulur. Həmin vaxtlarda vitaminləri insan orqanizminə daxil etməyəndə, orqanizmdəki xroniki xəstəliklər güclənməyə başlayır.Vitamin qəbulu nəticəsində regeneratik proseslər normal getməlidir ki, xroniki xəstəliklər güclənərək insan orqanizminə mənfi təsir göstərməsin”.  

Ekspertin sözlərinə görə, şərq təbabətində orqanların fəaliyyəti ayların dəyişməsinə görə dəyərləndirilsə də, ənənəvi təbabətdə buna ciddi yanaşılmır: 

“Müasir tibbə görə orqanizmdə və ya orqanlarda hər hansı bir xəstəliyin ortaya çıxmasında genetikanın rolu daha çox qiymətləndirilir”.  

Həkim-terapevt açıqlamasında onu da qeyd edib ki, orqanlarda baş verən dəyişikliklər fəsillərdən daha çox insanın yaşı ilə bağlıdır.  

“14-17 yaş arası yeniyetmələrdə kalsium tələbatı kəskin şəkildə artır. 50 yaşa çatanda orqanizm bədəndə olan kalsiumun 20 faizini, 50-70 yaş aralığında isə nəhayət, orqanizmdəki kalsiumun 50 faizini itirməyə başlayır. Kalsium insan orqanizminin müəyyən xəstəliklərə həssaslığında çox böyük rol oynayır. Sadəcə, bir mineralın adını açıqladım. İnsan orqanizminin isə minlərcə belə minerala ehtiyacı var. Bu isə o deməkdir ki, 17 yaşındakı insanla 50 yaşlı insan bədəninin orqanlarının fəaliyyəti eyni olmayacaq”.   

Ekspert Avropa insanlarının uzunömürlülüyünü və həkimə olan müraciətlərinin azalmasını da məhz vitamin qəbulu ilə ələqələndirib:  

“Antioksidant maddələr olan E, C vitaminlərini, rezveratrol preparatlarını Avropada 35 yaşından sonra əksər insanlar qəbul edir. Ona görə də Avropada insanların uzunömürlülüyü artır”.  

İnsanlarda vitamin qəbul edərkən yaranan kökəlmə qorxusunu isə ekspert əsassız hesab edib:

“Güclənən mübadilə prosesi insanı qətiyyən kökəltmir, əksinə arıqladır. İnsan yaşa dolduqca mübadilə prosesi zəifləyir və buna görə də insan kökəlməyə başlayır”.  

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO