Su basmış ərazilər - FHN hərəkətə keçdi - VİDEO

Su basmış ərazilər - FHN hərəkətə keçdi - VİDEO

Hazırda oxunan: Su basmış ərazilər - FHN hərəkətə keçdi - VİDEO

76305

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış məntəqələrində bəzi ərazilər subasmaya məruz qalıb. 

Bizim.Media FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal ərazilərə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər həyata keçirilib:  

"Belə ki, FHN-in “112" qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında Nazirliyin qüvvələri tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Gəncə və Yevlax şəhərlərində, Qəbələ rayonunun Nohurqışlaq kəndində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri görülüb", deyə, məlumatda qeyd edilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO