İdmançı Kamil Zeynallı ilə qızı Sahilənin Avropaya həyat yoldaşı müğənni Gülaysız getməsi söz-söhbətə səbəb olub.
Bizim.Media xəbər verir ki, Gülay Zeynallı məsələ ilə bağlı qonaq olduğu “10-da görüşək” səhər şousunda açıqlama verib.
Sənətçi ailəsindən kənar düşməsini həmin ərəfədə toylarının olması ilə əlaqələndirib.
“Əvvəlcədən bu tarixlərə yazılan toylarım var idi. Növbəti dəfə gedəcəm. Səhər, günorta, axşam onlarla görüntülü danışıram. Qızımın hər şeyi ilə maraqlanıram” - deyə, Gülay açıqlama verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Avropaya yola düşən Kamil ilə qızı Sahiləni Gülay hava limanından yola salıb. Həmin anları K.Zeynallı sosial şəbəkə hesabında paylaşıb.
Rəşad Əliyev, Bizim.Media


