"Vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində 2021-ci ildə əmək müqaviləsiz işə cəlb olunmuş 6329, 2022-ci ilin 4 ayı arzində isə 1557 şəxs aşkar edilib".
Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə vergiler.az qəzetinə müsahibəsi zamanı deyib.
O bildirib ki, əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur.
Nigar Vahabzadə həmçinin qeyd edib ki, ölkədə 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 691 mindən çox olub.
2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 290 minə yaxın artıb. Artımın 80%-i (242 min) məhz islahatın tətbiq olunduğu qeyri-neft özəl sektorun payına düşüb.
"Bundan başqa, 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9%, o cümlədən qeyri büdcə üzrə 113% səviyyəsində icra edilib. Qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəricilərini 2019-cu ilin icrası ilə müqayisə etsək, Dövlət Sosial Müdafiə Fonduna 615.6 mln. manat proqnozdan daha çox vəsaitin toplanmasını görə bilərik" - deyə, idarə rəisi əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:47 / 26.05.2022
Əmək müqaviləsiz 7886 şəxs işə cəlb olunub - Vergi orqanları AŞKARLADI
Hazırda oxunan: Əmək müqaviləsiz 7886 şəxs işə cəlb olunub - Vergi orqanları AŞKARLADI
Hazırda oxunan: Əmək müqaviləsiz 7886 şəxs işə cəlb olunub - Vergi orqanları AŞKARLADI
76259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.