Müxalifət İrəvanda Xarici İşlər Nazirliyinin binasını blokadaya aldı - VİDEO

Müxalifət İrəvanda Xarici İşlər Nazirliyinin binasını blokadaya aldı - VİDEO

Hazırda oxunan: Müxalifət İrəvanda Xarici İşlər Nazirliyinin binasını blokadaya aldı - VİDEO

75863

İşxan Saqatelyan Xarici İşlər Nazirliyinin binasının bütün giriş və çıxışlarını bağlamağa çağırıb.

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, Fransa meydanından yürüş təşkil edən “Müqavimət” hərəkatının iştirakçıları və onların tərəfdarları Ermənistan Xarici İşlər Nazirliyinin binasına çatıblar.

Hərəkatın koordinatorlarından biri İşxan Saqatelyan XİN binasının bütün giriş-çıxışlarını bağlamağa çağırıb.

"Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş-çıxışları bağlamaq lazımdır", - Saqatelyan bildirib.

Bundan əvvəl o, polisin Kotayk, Qeqarkunik və Tavuş vilayətlərində Daşnaksütyun partiyasının üzvlərinin mənzillərində axtarış apardığını bildirib.
Xatırladaq ki, Ermənistan müxalifəti bir neçə həftədir ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Hakimiyyətin əleyhdarları hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti “Artsax”ın (Qarabağdakı qondarma rejim) və Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO