Bu gün ölkənin dəbkeşləri yerli və xarici modelyerlərin iştirakı ilə keçirilən "Azerbaijan Fashion Week" Moda Həftəsində bir araya gəliblər.
Moda sərgisində müğənni Günay İbrahimli "İbrahimli boutigue"ə məxsus yeni kolleksiyasını nümayiş etdirib.
G.İbrahimli Bizim.Media-nın əməkdaşı ilə söhbətində yeni kolleksiyasında yer alan biri-birindən fərqli libaslardan söz açıb:
"Əslində mən dizayner deyilƏm. Bu, biznesimin ilk təməli, uğurlarından biridir. Çox sevincliyəm, eyni zamanda da çox həyacanlıyam. Bir aya yaxındır ki, geyimlər üzərində işlər gedir. Modelləri seçmişik. Bu gün özəl çıxışım da olacaq.
Hazırladığım kolleksiya kokteyl və gecə ziyafət libaslarından ibarətdir. Geyimləri diqqətlə nəzərdən keçirdikdə özüməməxsusluğum dərhal gözə çarpır. Kolleksiyanın içində elə geyimlər var ki, sırf əl işidir.
Bir kolleksiyada 16 geyim var. Hazırladığımız geyimlərin hamısı satışa çıxarılacaq. Bir sözlə, biz geyimləri elə formada hazırlamışıq ki, onlar satış üçün yararlı olsun. Geyimlərimin özəlliyi onların tərzlərinin və obrazlarının olmasıdır"
Günay İbrahimli hobbisini şəxsi biznesə çevirdiyini və bundan yetərincə pul qazandığını açıqlayıb.
"Mən çox güclü qadınam və dediyimi edirəm. Əgər qarşıma məqsəd qoymuşamsa, demək bunu edəcəyəm. Bu o demək deyil ki, mən bu işlə məşğul olub, sənətimi atacağam. Mənim sənətim müğənnilikdir. Düşünürəm ki, hər bir insanın şəxsi biznesi olmalıdır. Bu mənim hobbim idi, indi biznesə çevirmişəm. Bu biznesdən də yetərincə pul qazanıram".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:33 / 20.05.2022
Geyim kolleksiyasını təqdim edən Günay: "Bu biznesdən yetərincə pul qazanıram" - FOTO
Hazırda oxunan: Geyim kolleksiyasını təqdim edən Günay: "Bu biznesdən yetərincə pul qazanıram" - FOTO
Hazırda oxunan: Geyim kolleksiyasını təqdim edən Günay: "Bu biznesdən yetərincə pul qazanıram" - FOTO
75430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.