“Yanacağın qiymətini əmək haqqına görə müqayisə etmək yanlışdır” - EKSPERT

“Yanacağın qiymətini əmək haqqına görə müqayisə etmək yanlışdır” - EKSPERT

Hazırda oxunan: “Yanacağın qiymətini əmək haqqına görə müqayisə etmək yanlışdır” - EKSPERT

7531

“Azərbaycanda yanacağın qiymətini orta əmək haqqının alıcılıq qabiliyyəti əsasında başqa ölkələrlə, xüsusilə də Rusiya və Qazaxıstan, eləcə də inkişaf etmiş ölkələrlə müqayisə etmək yanlışdır”. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Hökumət dizelin qiymətini artırmaqla nəyi hədəfləyir?


Onun sözlərinə görə belə müqayisənin yanlış olmasına əsas səbəb Azərbaycanda məşğul əhalinin yalnız hər 3 nəfərindən biri əmək haqqı cədvəlinə qol çəkir:

''İnkişaf etmiş ölkələrdə həmin göstərici 90%-in üzərindədir. Rusiya və Qazaxıstanda isə 80% ətrafındadır''.

''Bizdə məşğul əhalinin hər 100 nəfərindən 70 nəfərinin gəliri əmək haqqı deyilsə, belə müqayisənin nə əhəmiyyəti var? Rəsmi statistikaya görə, maaş cədvəlinə qol çəkənlərin ən yaxşı halda 15%-i orta əmək haqqına bərabər və ondan yüksək məbləğdə məvacib alır. İnkişaf etmiş ölkələrdə həmin göstərici 40%-dən az deyil''.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO