Eldar Həsənovun vəkilinin kimliyi bilindi

Eldar Həsənovun vəkilinin kimliyi bilindi

Hazırda oxunan: Eldar Həsənovun vəkilinin kimliyi bilindi

7523

Azərbaycanın həbsdə olan sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun yeni vəkilinin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, bundan öncə E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edirdi. A.İsmayılov dekabrın 3-də koronavirus xəstəliyindən vəfat edib.

İndi isə sabiq prokuror E.Həsənov vəkil Adəm Məmmədovla müqavilə bağlayıb. Adəm Məmmədov artıq Eldar Həsənovla Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında görüşüb.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO