İnstitut direktorunun ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATLARI

İnstitut direktorunun ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATLARI

Hazırda oxunan: İnstitut direktorunun ölümünə səbəb olan qəzanın TƏFƏRRÜATLARI

75172

Bu gün səhər saatlarında Xızı rayonu ərazisində baş verən, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədovun ölümünə səbəb olan qəzanın ilkin təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Xızı şəhərinin girəcəyində baş verib.

Xızı rayonunun Giləzi qəsəbə sakini, 35 yaşlı Rahil Cəfər oğlu Hüseynovun idarə etdiyi "Daewoo-Nexia" markalı avtomobillə Xızının Safbulaq kənd sakini, 67 yaşlı Sahib Adil oğlu Eyvszovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

İnstitut direktoru Xızıda FACİƏLİ şəkildə öldü


Bu zaman "Niva"avtomobili yolun kənarında dayanan Tofiq Məmmədovu vurub. Tofiq Məmmədov dərhal xəstəxanaya çatdırılsa da, o artıq keçinmiş olub. 65 yaşlı Tofiq Məmmədov EA-nın Dendrologiya İnstitutunun direktoru idi, o Xızıya ekspedisiyaya gedirdi.

Məlumata görə, Tofiq Məmmədov Xızı qalasının yanında şəkil çəkdirmək üçün dayananda onu avtomibil vurub. Əslən Ordubad rayonunun Dırnıs kəndindən olan Tofiq Sadiq oğlu Məmmədov Bakının Sağan qəsəbəsində yaşayırmış.

Qəza nəticəsində 5 nəfərin Xızı rayon mərkəzi xəstəxanasına gətirildiyi deyilir. Bir nəfər ölüb, 3 nəfər isterik nevroz diaqnozu ilə müraciət edib, "Niva"nın sürücüsü isə ilk tibbi yardımdan sonra ambulator müalicəyə göndərilib.
Mühafizə polisi işlədiyi deyilən Xızının Giləzi qəsəbə sakini, "Daewoo-Nexia"nın sürücüsü Rahil Hüseynov isə Sumqayıt xəstəxanalarının birinə çatdırılıb.

Xızı rayonunun polis və prokurorluq əməkdaşları qəza faktı ilə bağlı araşdırma aparır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO