İlham Əliyev yeni nazirə hansı tapşırıqları verdi?

İlham Əliyev yeni nazirə hansı tapşırıqları verdi?

Hazırda oxunan: İlham Əliyev yeni nazirə hansı tapşırıqları verdi?

7467

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan lideri ona yeni vəzifəsində xüsusi tapşırıqlar verib.

''Əlbəttə ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir''.

''Artıq operativ qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Siz də orada təmsil olunursunuz. Ona görə dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız gərək siyahıya alınsın. Onların əvvəlki görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da ki, yenidən qurulması onların ilkin, yəni, autentik simasını pozmamalıdır. Ümumiyyətlə, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq. Ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik''.

İlham Əliyev bildirib ki, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasıdır:

''İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır''.

''Əminəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. Sizə uğurlar arzulayıram. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO