“Azərbaycan mədəniyyətini inkişaf etdirmək üçün yox, pul qazanmaq üçün səhnəyə gəlirlər. Belə musiqilərdən insanların qulaqları yorulub, kirlənib".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Sənətçi qatıldığı el şənliklərinin birində başına gələn xoşagəlməz hadisənin pərdəarxası məqamlarından da söz açıb.
“O mənə söylədi ki, siz mənimlə rəqs etməyənə qədər yanınızda dayanacağam. Heç yerə getməyəcəyəm. Onun çiynindən itələyib, dedim ki, rədd ol! İşıqlar yananda hamı gördü ki, oğlan yıxılıb yerə. Sən demə sərxoş imiş. Mən adam döyənəm? Mən yazıq, adam döyən olsaydım, belə olardım?"
Rəşad Əliyev, Bizim.Media