Kibertəhlükəsizlik sahəsi ilə bağlı YENİLİK - “İdeya mərkəzi” yaradılır 

Kibertəhlükəsizlik sahəsi ilə bağlı YENİLİK - “İdeya mərkəzi” yaradılır 

Hazırda oxunan: Kibertəhlükəsizlik sahəsi ilə bağlı YENİLİK - “İdeya mərkəzi” yaradılır 

74309

Mayın 13-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə heyətinin ilk geniş tərkibdə toplantısı keçirilib.  

Bizim.Media xəbər verir ki, “JW Marriott” otelində baş tutan toplantıda Assosiasiyanın fəaliyyət istiqamətləri və yeni layihələri barədə ətraflı məlumat verilib.  

Toplantıda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən və Assosiasiyada təmsil olunan “Simbrella”, “CyberPoint”, “AzeRobot”, “Eurodesign CSC”, “Swiss Cyber Institute”, “Caspian Tech”, “A2Z advisors”, “Digitalks Technologies” və “PNetworks” kimi yerli və xarici şirkətlərin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Toplantıda ilk olaraq kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin icra edilməsi, təşəbbüslərin dəstəklənməsi məqsədilə AKTA daxilində “İdeya mərkəzi”nin yaradılması təklifi müzakirə olunub.  
 
Assosiasiyanın baş katibi Bulu İsmayılova “İdeya mərkəzi”nin ölkədə kibertəhlükəsizlik və İT sahəsində yeni layihələrin ortaya çıxarılmasına, təşəbbüskarlığın artırılmasına, ən əsası yeni mütəxəssislərin və kadrların cəlb olunmasına şərait yaradacağını qeyd edib.  
 
Cəmiyyətdə kibertəhlükəsizlik sahəsində maarifçi fəaliyyətlərin icrası məqsədilə “AKTA Könüllüləri”nin yaradılmasına olan ehtiyac vurğulanıb. İT üzrə təhsil alan və ya bu sahəyə marağı olan gənclərin cəlb ediləcəyi layihənin, insan resursunun cəlb edilməsi ilə qısa müddətdə kibertəhlükəsizlik sahəsindəki məlumat azlığının aradan qaldırılmasına şərait yaradacağı qeyd olunub. 

Görüşdə həmçinin yeniyetmələr arasında kibertəhlükəsizlik və İT vərdişlərinin inkişaf etdirilməsi məqsədilə “AKTA Yay düşərgəsi”nin icrası barədə iştirakçılara məlumat verilib. Layihə çərçivəsində iştirakçıların beynəlxalq və yerli kibertəhlükəsizlik ekspertləri ilə görüşlərinin təşkili, fundamental kibertəhlükəsizlik biliklərinə oyun əsaslı öyrənmə metodu ilə sahiblənmələri nəzərdə tutulur.
Yay düşərgəsində kibertəhlükəsizlik simulyasiyalarının və xüsusi hakatonların keçirilməsi də planlaşdırılır. 

Toplantının yekununda Assosiasiyanın sədri Rahid Ələkbərli müzakirə olunan mövzulara toxunub, kommunikasiya kanallarının yaradılmasına olan ehtiyacı qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO