Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.
İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 14.05.2022
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə - FOTO
Hazırda oxunan: Ombudsman Aparatının nümayəndələri hərbi hissədə - FOTO
Hazırda oxunan: Ombudsman Aparatının nümayəndələri hərbi hissədə - FOTO
74285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.