Parlamentdə 240 manat aylıq gəlirə ETİRAZ - “Bu qul əməyidir” 

Parlamentdə 240 manat aylıq gəlirə ETİRAZ - “Bu qul əməyidir” 

Hazırda oxunan: Parlamentdə 240 manat aylıq gəlirə ETİRAZ - “Bu qul əməyidir” 

74144

“Əmək Məcəlləsinə görə, mövsümi işlər zamanı daimi yox, müddətli müqavilələr bağlanmalıdır. Lakin buna əməl olunmur”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.  

“Cənub bölgəsindən mənə şikayətlər daxil olur. Bəzi qadınları hər gün, gün çıxandan gün batana kimi işlədir və 10 manat məvacib verirlər. Bunu da ona görə edirlər ki, ay ərzində minimum əmək haqqı olan 300 manat məbləğ təmin olunsun. Onun da 2 manatını yolpuluna çıxırlar. İşçilərin aylıq gəliri də düşür 240 manata. Bu qul əməyidir. Qanunvericiliyə görə, iş saatı 8 saat olmalıdır”.   

Gələcəkdə pensiya probleminə səbəb olacağına da diqqət çəkib.   

“Fermerlərin də insafı qalmayıb, onlar sizin ananız-bacınızdır. Bu cür pul qazanmaq üçün onları istismar etmək nə qədər vicdanlı davranışdır?”- deyə Qüdrət Həsənquliyev əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO