Böyük Vətən Müharibəsində azərbaycanlılar təkcə ön cəbhədə deyil, arxa cəbhədə də igidliklə vuruşublar.
Bizim.Media-nın növbəti müsahibi Şabranın Baş Əmirxanlı kəndinin 93 yaşlı sakini Yolçu İbrahim oğlu İbrahimovdur.
O, müharibə vaxtı kişi qüvvəsi çatışmadığından 12 yaşından kolxozda çalışdığını deyir: Bildirir ki, qısa vaxt ərzində traktor sürməyi öyrənib, taxıl əkini üçün şum aparıb:
“O vaxt rayonumuz Dəvəçi adlanırdı. Qısa vaxt ərzində traktor sürməyi öyrəndim, taxıl əkini üçün şum aparırdım. Mən “Beriya” kolxozunda 1951-ci ilə qədər işləmişəm”.
Y.İbrahimov səhhəti barədə danışmasa da ona qulluq edən gəlini Vəfa Əhmədova məlumat verdi ki, qayınatası traktorda işləyərkən qəza edib nəticədə sol qolu dirsəkdən aşağı kəsilib və bir ildir ki, gözləri də görmür. Hətta Yolçu kişiyə əlilliyə görə, indiyədək heç bir pensiya təyin edilməyib:
“Yalnız yaşa görə pensiya alır, Prezidentin arxa cəbhə qəhrəmanlarına etdiyi yardımlar da verilir. Lakin iş qəzası ilə bağlı yaranmış əliliyinə görə, pensiya təyin olunmayıb”.
93 yaşlı şabranlı arxa cəbhə qəhrəmanı Yolçu İbrahimov sonda Azərbaycan Prezidenti İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Qeyd edək ki, Yolçu İbrahimov Şabran-Siyəzən rayonlarında İkinci Dünya Müharibəsində arxa cəbhədə fədakar əmək salnaməsi yazan 8 000 nəfərə yaxın sakindən yeganə sağ qalan veterandır. Ağsaqqalın normal yaşaması üçün ona gec də olsa əllillik təyin etmək mümkün olsa, onun ömrü bir az da uzanar.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:24 / 09.05.2022
II Dünya Müharibəsinin 93 yaşlı arxa cəbhə qəhrəmanından Prezidentə TƏŞƏKKÜR
Hazırda oxunan: II Dünya Müharibəsinin 93 yaşlı arxa cəbhə qəhrəmanından Prezidentə TƏŞƏKKÜR
Hazırda oxunan: II Dünya Müharibəsinin 93 yaşlı arxa cəbhə qəhrəmanından Prezidentə TƏŞƏKKÜR
73471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.