Elnarədən valideynlərə:

Elnarədən valideynlərə: "Uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır?”

Hazırda oxunan: Elnarədən valideynlərə: "Uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır?”

73201

"Əziz valideynlər, analar, atalar: Bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb.

Son illər universitetə hazırlaşan gənclər arasında baş verən intihar hadisələrinə sənətçi biganə qalmayaraq, valideynlərə səslənib: 

"Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Olmasın ali savadlı. Peşə məktəbinə verin: aşpaz, dülgər, saç ustası, vizajist, dərzi, dəmirçi olsun - fərqi yoxdur, lap fəhlə olsun... Amma canı sağ, salamat və xoşbəxt olsun. Qarşıdan qəbul imtahanları gəlir. Valideynlər oyansın, hamıya bu hadisələr görk olsun".

Qeyd edək ki, Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailəlidir. Cütlüyün 4 övladı var. Elnarə bir neçə gün əvvəl qızı Burlaxatunun buraxılış imtahanı verdiyini açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO