DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi - Hərbi sursatlar aşkar edildi  

DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi - Hərbi sursatlar aşkar edildi  

Hazırda oxunan: DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi - Hərbi sursatlar aşkar edildi  

73030

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

Bu barədə Bizim.Media-ya Xidmətdən məlumat verilib. 

Bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb. 
Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO