“Danışıqlar zamanı Ermənistana peşkəş edilən torpaqlarımızı da qaytara bilərik” – Fikrət Sadıqov

“Danışıqlar zamanı Ermənistana peşkəş edilən torpaqlarımızı da qaytara bilərik” – Fikrət Sadıqov

Hazırda oxunan: “Danışıqlar zamanı Ermənistana peşkəş edilən torpaqlarımızı da qaytara bilərik” – Fikrət Sadıqov

72412

“Gözlənilən sülh danışıqlarında vaxtilə Ermənistana peşkəş edilən tarixi torpaqlarımızın geri qaytarılması məsələsini də qaldıra bilərik”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov Zəngəzurun SSRİ dövründə Ermənistana peşkəş edilən Azərbaycan ərazilərinin geri qaytarılması məsələsinin də İrəvanla olacaq sülh danışıqlarında gündəmə gətirilməsi vacibliyindən danışarkən deyib:

“Bilirik ki, vaxtilə SSRİ dönəmində Azərbaycana aid olan bir sıra torpaqlarımız Ermənistana verilib. Ondan əvvəl, 1918-ci ildə isə İrəvan da Ermənistana verilib. Başa düşməliyik ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları boşboğazlıqdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər Qarabağda yaşamaq istəyirlərsə, pasportlarında bu söz yazılacaq”


Onların böyük Ermənistan xülyası da boş şeydir. Azərbaycanın isə bu mənada Ermənistana ərazi iddiası irəli sürməsi tarixi faktlara söykənən əsaslı tələblərdir. Azərbaycan heç kimin torpağına göz dikməyib. Amma lazım gəlsə, hər zaman öz torpaqlarımızı yenidən azad edəcəyik və buna da hazır olmalıyıq.

Bu mənada lazım gəlsə, sülh danışıqlarında vaxtilə Ermənistana peşkəş edilən ərazilərimizin geri qaytarılması məsələsini də qaldıra bilərik. Şəraitdən asılı olaraq bunu da etməyimiz mümkündür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO