​​​​​​​GMO-lu məhsulları necə ayırd etmək olar? – Ekspert YOLUNU GÖSTƏRDİ  

​​​​​​​GMO-lu məhsulları necə ayırd etmək olar? – Ekspert YOLUNU GÖSTƏRDİ  

Hazırda oxunan: ​​​​​​​GMO-lu məhsulları necə ayırd etmək olar? – Ekspert YOLUNU GÖSTƏRDİ  

71847

Bu gün dükanlarda çeşidin bu qədər müxtəlif olmasının səbəblərindən biri GMO-lu qida və ərzaq məlumatlarının çoxluğu ilə bağlıdır. 

Bizim.Media araşdırmasına görə, ümumilikdə, 70-dən çox ölkə GMO idxal edir və ya yetişdirir. 2019-cu ildən başlayaraq 29 ölkə isə (5 sənaye və 24 inkişaf etməkdə olan) biotexnoloji bitkilər əkini ilə məşğuldur, ilbəil onların sayı artmaq üzrədir.

Azərbaycanda isə GMO məhsullarının əkilməsi, becərilməsi və birbaşa olaraq məhsulların satışı qadağandır. Bəs, bazar və dükan piştaxtalarında çeşidlənən məhsullarda bu qaydalara əməl olunurmu? Üstündə “GMO yoxdur” yzısı olan məhsullara etibar etmək oalrmı?
 

MÖVZU İLƏ BAĞLI:

Qida Agentliyi GMO məhsulların istifadəsini qanuniləşdirməyə çalışır? - Ekspertdən SƏRT İTTİHAM


Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova etiketində “GMO yoxdur” yazılan qidaların hamısının heç də GMO-dan azad olmadığını qeyd edir:

“Xüsusilə, paketlənmiş qidalar var ki, onların içində olan maddələrə baxsaq, soya tərkibli maddələrdən istifadə olunur. Dünyada isə demək olar ki, 98% istehsal olunan soyanın GMO-lu olduğu dəqiq sübut olunub. “GMO yoxdur” yazısı isə burada özünü doğrultmur. Bu cür qida hiylələrinə insanlar çalışıb aldanmamalıdırlar”.

Ekspert bio-orqanik qida və məmulatların da bəzən gözaldadıcı olduğunu bildirib:

“Bio-orqanik şəklində qeyd olunan qidalarda da tərkibə mütləq baxmaq lazımdır. Burada müəyyən E qatqı maddələri varsa və bunlar kimyəvidirsə, o zaman həmin məhsul da artıq bio və ya orqanik tərkibli məhsullar hesab olunmur”. 

Ekspert onu da vuröulayıb ki, GMO-lu məhsulların insan orqanizminə zərərləri əslində hələ araşdırılma mərhələsindədir:

“Tam olaraq bilinməsi üçün 30-50 il lazımdır, çünki GMO-lu toxumlar, qısır toxumlar olduğu üçün birbaşa insan orqanizmində sonsuzluğa gətirib çıxarır. Bu gün baş alıb gedən xəstəliklər var ki, bunlar xərçəngdir, şəkərdir, ürək tutmalarırıdır, alzaymrdır, parkinsondur və digər xəstəliklərin həm yaşının erkənləşməsi, daha geniş vüsət alması, sağlam qida məhsullarının, xüsusilə GMO-lu məhsulların da olduğundan qaynaqlanır”.

Məhsəti Hüseynova xüsus qeyd edib ki, GMO həmişə paketlənmiş məhsullarda deyil, meyvə-tərəvəzlərdə, xüsusilə, xaricdən gətirilən meyvə-tərəvəzlərdə, bir çox hallarda hibrid yetişdirilmiş adı altında olsa da GMO-lu olma şübhəsi var.

“Tamamilə, GMO-lu olmasını bilmək üçün, birinci, labarotar-analiz lazımdır, ancaq labarotar-analiz olmadıqda isə bəzən olur ki, gözlə görüləcək əlamətlərlə də seçilir. Uzun vaxt xarab olmursa, eyni qəlibdən çıxmış kimi parlaq və ya çürüməyən, qurdlamayan olduqda həmin məhsulun təbii yetişdirilmədiyi üzə çıxır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO