Məşhur mağazalar şəbəkəsi Rusiyada fəaliyyətini bərpa edir?

Məşhur mağazalar şəbəkəsi Rusiyada fəaliyyətini bərpa edir?

Hazırda oxunan: Məşhur mağazalar şəbəkəsi Rusiyada fəaliyyətini bərpa edir?

71828

Dünyaca məşhur “mass market” “Zara”nın rəsmi saytında Rusiya Federasiyasında yerləşən mağazaların may ayı üçün cədvəlinin olduğunu aşkar edib.  

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu şəbəkənin yaxın vaxtlarda Rusiyada fəaliyyətini bərpa edəcəyi kimi izah olunub.   

“Zara” nümayəndələri isə bu xəbəri təkzib edib. Onlar mağazaların iş saatları ilə bağlı saytda dərc olunan məlumatı texniki nasazlıq kimi izah ediblər.   

Brendin qaynar xətti hələlik mağazaların açılması ilə bağlı məlumatın olmadığını bildirib.  

“Zara”nın yeni kolleksiyaları brendin Rusiya saytında təqdim olunur, lakin məhsullar sifariş oluna bilməz və əsas səhifədə həm oflayn, həm də onlayn satışın “müvəqqəti dayandırılması” barədə elan yerləşdirilib.  
Martın əvvəlində “Zara” brendinin də sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə əlaqədar Rusiyada fəaliyyətini dayandırıb.

“Inditex”in tərkibində olan “Bershka”, “Pull & Bear”, “Oysho”, “Stradivarius”, “Zara Home”, “Uterqüe” brendlərinin də mağazası Rusiyada müştərilərin üzünə bağlıdır.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO