Mətanətdən Manafa ETİRAF: “Səni Allaha gedən yuxu qədər istəyirəm” - VİDEO

Mətanətdən Manafa ETİRAF: “Səni Allaha gedən yuxu qədər istəyirəm” - VİDEO

Hazırda oxunan: Mətanətdən Manafa ETİRAF: “Səni Allaha gedən yuxu qədər istəyirəm” - VİDEO

71730

“Sənə görə, xəstə-xəstə gələrəm. Can versəm də gələrəm. Damarımda axan qanımsan, döyünən ürəyimsən, vücüdumsan, evimin yaraşığısan, süfrəmin bəzəyisən, oxuyan səsimsən, avazımsan”.  

Bizim.Media xəbər verir ki, bu sözləri bir müddət öncə bronxlarından ağır əməliyyat keçirən müğənni Mətanət Əsədova qonaq olduğu “Tarixin Bir Günü” şousunda deyib.  

Verilişdə müğənni Manaf Ağayevin doğum günü keçirilib. Müğənninin çıxışı zamanı studiyaya qəfildən qarnını tutaraq Mətanət daxil olub:  

“Səni nə qədər çox istəyirəm (ağlayır). Manaf səni Allaha gedən yuxu qədər istəyirəm.  Bu can nədir ki, bu can sənə qurban”, - deyə, qarşı tərəfin ünvanına xoş sözlər söyləyib. M.Əsədova səhhətindəki, ağrılara rəğmən verilişdə iştirakını davam etdirib. 

Qeyd edək ki, Mətanət Əsədova “Günün Sədası” səhər şousunda "Ağrılarım çox pis, dözülməz idi. Zob, bronxlarımda dörd ədəd şiş aşkarlandı. Ən böyük şiş isə ürəklə ciyərimin arasındadır.
O şiş əməliyyat zamanı ortaya çıxdı. İndi həkimim özümü qorumağı məsləhət görür" - deyə, səhhəti ilə bağlı açıqlama verib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO