Moskvada Qarigen Nijdenin kitabları satılır – FOTOFAKT

Moskvada Qarigen Nijdenin kitabları satılır – FOTOFAKT

Hazırda oxunan: Moskvada Qarigen Nijdenin kitabları satılır – FOTOFAKT

7132

Bizim.Media məlumat verir ki, Moskvada yerləşən “Armbook” adlı kitab mağazası Qarigen Nijdenin kitablarını sosial şəbəkələr vasitəsilə satışa çıxarıb. 

Maraqlı məqam odur ki, faşist ideologiyasına xidmət edən Qarigen Nijdenin kitabları satılırsa, yəqin ki, əli milyonlarla günahsız insanın qanına batmış Adolf Hitlerin kitabları da satılır.

Faşizmin hər cür əzab-əziyyətini görmüş ölkələrdən olan Rusiyada faşist müəlliflərin kitablarının tirajlanması taleyin ironiyası deyil də nədir?

Xatırladaq ki, milliyətcə erməni olan Qarigen Nijde Osmanlı Türkiyəsinə qarşı vuruşan silahlı quldur dəstələrə rəhbərlik edib. Qərbi Azərbaycanda və Zəngəzurda azərbaycanlılara qarşı tördilən qırğınlara rəhbərlik edən Nijde, 1920-ci ildən etibarən Qızıl orduya qarşı da mübarizə aparıb.

Daha sonra ABŞ-a köçən Nijde burda millətçi "Tseqakron" hərəkatını təsis edir. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır və Faşist Almaniyası ilə əlaqələr yaradır.

Faşist ideoloqlardan olan Alfred Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə razı salmaq üçün çalışır və bu işdə öz köməyini təklif edir.

1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt sıralarında erməni hərbi birləşmələrinin formalaşdırılmasında yaxından iştrak edir. Müharibə bitdikdən sonra sovet hərbi əks-kəşfiyyatı tərəfindən həbs edilərək Moskvaya gətirilir.

Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. 

Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində, faşistlərlə əlaqədə olmaqda və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur.

Rəvan Əliyev, Bizim.Media






 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO