Kiberhücumların qarşısını almaq üçün nə etmək lazımdır?  - VİDEO

Kiberhücumların qarşısını almaq üçün nə etmək lazımdır?  - VİDEO

Hazırda oxunan: Kiberhücumların qarşısını almaq üçün nə etmək lazımdır?  - VİDEO

71146

Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də bu ən önəmli məsələlərdən biridir. Bütün dünyada olduğu kimi ölkəmizdə də kibercinayətkarlığa qarşı mübarizə tədbirləri genişəndirilir. Bu məqsədlə artıq assosiasiya da təsis edilib. Ekspertlər deyirlər ki, yeni assosiasiya kibertəhlükəsizliyin gücləndirilməsi üçün səmərəli bir platforma olacaq. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki,  ölkənin milli maraqlarının qorunmasında Kibertəhlükəsizlik önəmli yerlərdən birini tutur.

Bunu xəzər xəbərə açıqlamasında İKT eksperti Osman Gündüz deyib.

Ekspert bildirib ki, ölkəmizdə artıq bir çox sahələr internetə inteqrasiya olunub. Müasir dünyada informasiya sistemlərinin qorunması mühüm əhəmiyyət kəsb edir.

Ekspert vurğulayıb ki, Azərbaycan kibercinayətkarlıqla bağlı konvensiyalara da qoşulub.

Osman Gündüz bildirib ki, kiberhücumlarla bağlı problemlər bütün dünyada yaşanır. Müxtəlif ölkələrdə dövlət qurumlarının informasiya sistemi dağıdılaraq məlumatlar oğurlanır. Son dövrlər ölkəmizdə də belə neqativ halların qarşısını almaq üçün mübarizə tədbirləri gücləndirilib.

Ekspert deyir ki, Azərbaycanda yeni yaradılan assosiasiya  kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək.

Ekspert əlavə edib ki, assosiasiya bu sahədə yeni təkliflərin hazırlanıb hökümətə təqdim edilməsində mühüm rol oynayacaq. Yeni qurum ən son texnoloji yenilikləri tətbiq edəcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO