Ronaldonun yeni doğulan körpəsi ilə ilk FOTOSU

Ronaldonun yeni doğulan körpəsi ilə ilk FOTOSU

Hazırda oxunan: Ronaldonun yeni doğulan körpəsi ilə ilk FOTOSU

70909

Dünyaca məşhur ulduz futbolçu Kristiano Ronaldo yeni doğulan qızını üzə çıxarıb. 

Bizim.Media xəbər verir ki, futbolçu oğlunun ölüm xəbərindən sonra ilk ailə şəklini yayıb. İkinci uşaq sağ qala bilib - fotoda Kristiano qızını qucağında saxlayıb. 

"Evdə şirin ev. Gio və körpəmiz nəhayət bizimlədir. Bütün xoş sözlərə və əməllərə görə hər kəsə təşəkkür etmək istəyirik.

Dəstəyiniz çox vacibdir və biz ailəmizə sevgi və hörmət hiss etdik. İndi bu dünyaya yenicə qəbul etdiyimiz həyata şükür etmək vaxtıdır”, - deyə idmançı yazıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl K.Ronaldonun sevgilisi Corcina Rodrigez ana olub. O dünyaya gətirdiyi əkiz övladından birini -  oğlunu itirib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO