Gömrükdə poçtla göndərilmiş dərman preparatlarını aşkar edildi

Gömrükdə poçtla göndərilmiş dərman preparatlarını aşkar edildi

Hazırda oxunan: Gömrükdə poçtla göndərilmiş dərman preparatlarını aşkar edildi

70787

Azərbaycana poçt göndərişləri vasitəsilə dərman preparatlarının qeyri-qanuni şəkildə gətirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt göndərişləri” gömrük postunda Türkiyənin Bursa şəhərindən Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olan Azərbaycan vətəndaşının ünvanına göndərilən yükə gömrük baxışı keçirilib. 

Rentgen qurğusunda aparılan yoxlama zamanı müşayiət sənədlərində yataq dəsti kimi göstərilən yükün içərisində ampulaların təsviri müşahidə olunub.
Aparılan fiziki yoxlama zamanı isə yataq dəstinin içərisindən gömrük orqanından gizlədilən 74 ədəd ampula şəklində dərman preparatları aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO