“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fikri, bizim fikrimiz ondan ibarətdir ki, Brüsseldəki görüş çox uğurlu oldu. Qeyd etdiyiniz kimi, biz razılaşdırılmış məsələlərin həyata keçirilməsi və davam etdirilməsinin təmin olunması üzərində işləməliyik. Mənim səfərimin məqsədi bundan ibarətdir. Mişel prosesə və prosesin dəstəklənməsinə çox sadiqdir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
“Mən Sizin növbəti addımları nədə gördüyünüzü eşitmək və Avropa İttifaqı olaraq normallaşma prosesini dəstəkləmək, əhatəli nizamlanma istiqamətində çalışmaq üçün nə edə biləcəyəmizi öyrənmək üçün bu gün burada olacağam, həftənin ikinci yarısında isə İrəvana gedəcəyəm”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:56 / 19.04.2022
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfərinin məqsədini açıqladı
Hazırda oxunan: Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfərinin məqsədini açıqladı
Hazırda oxunan: Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfərinin məqsədini açıqladı
70411
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.