Azərbaycan arpa idxalını dayandırdı

Azərbaycan arpa idxalını dayandırdı

Hazırda oxunan: Azərbaycan arpa idxalını dayandırdı

70393

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa idxal olunub.  

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 85,2%, həcm ifadəsində isə 92,6% azdır. 

Fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsul ölkəyə idxal edilməyib. Son dəfə 302,03 min dollar dəyərində 693,7 ton arpanın ölkəyə idxalı fevral ayında olub. 

İlin əvvəlindən arpa idxalının ölkənin ümumi idxalında payı 0,01% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,08 faiz bəndi azdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO