Azərbaycanda emal sənayesi 23%-dək artdı

Azərbaycanda emal sənayesi 23%-dək artdı

Hazırda oxunan: Azərbaycanda emal sənayesi 23%-dək artdı

69913

Bu ilin yanvar-mart aylarında Azərbaycanın emal sənayesində 4,449 mlrd. manat dəyərində məhsul istehsal olunub. 

Bizim.Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur.  

Emal sənayesinin əsas hissəsini (31,7%) qida məhsullarının istehsalı təşkil edib. Belə ki, 2022-ci ilin I rübündə ölkədə 1,411 mlrd. manatlıq qida məhsulları istehsal olunub ki, bu da illik müqayisədə 9,4% çoxdur. 

Qeyd edək ki, digər ən dəyərli fəaliyyət növləri neft məhsullarının istehsalı və kimya sənayesi olub.

Sözügedən sektorlarda müvafiq olaraq 912,8 mln. manatlıq və 555,5 mln. manatlıq məhsul buraxılıb. Bu, illik müqayisədə 16,2% və 69,1% çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO