Lahıcda torpaq uçqunu baş verdi - VİDEO

Lahıcda torpaq uçqunu baş verdi - VİDEO

Hazırda oxunan: Lahıcda torpaq uçqunu baş verdi - VİDEO

69717

İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəticədə, nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb.

Əraziyə ağır texnikalar və  işçi qüvvəsi cəlb edilib. Yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi bir neçə saat dayanıb.
Daha ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO