Azərbaycanda fındığın ixracı ilə bağlı YENİ LAYİHƏ – FAO ilə müqavilə imzalandı 

Azərbaycanda fındığın ixracı ilə bağlı YENİ LAYİHƏ – FAO ilə müqavilə imzalandı 

Hazırda oxunan: Azərbaycanda fındığın ixracı ilə bağlı YENİ LAYİHƏ – FAO ilə müqavilə imzalandı 

69589

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və "Agrarco" MMC arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilir.  

Bizim.Media-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi " - "Hazer Layihəsi" layihəsinin hədəflərini açıqlayıb. 

O bildirib ki, hazırki layihənin əsas hədəfi fındıq dəyər zəncirində işçilərin texnoloji səviyyəsinin artırılması və bioenerjinin inkişafında kiçik fermerlərə dəstək verməkdir.  

“Bu sektorun inkişafını prioritet kimi götürən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə və şəxsən İnam Kərimova, Meyvəçilik və Çayçılıq İnstitutuna, layihəni həyata keçirəcək işçi qruplara və ekspertlərə təşəkkür edirəm”, - deyə o əlavə edib. 
Tədbirdə çıxış edən AKİA sədri Seymur Mövlayev söyləyib ki, fermerlərin qarşılaşdığı problemlərdən  biri də fındığın geri qaytarılması idi.

Buna görə də FAO ilə əməkdaşlığa ehtiyac yaranmışdı: 

“Azərbaycan fındığın ixracına görə top üçlükdədir. İxracın artması ilə bağlı hədəflərimiz böyükdür. Bununla əlaqədar olaraq məhz bu sahənin inkişafına köklənən layihələr həyata keçirilir”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO