\

\"Yüksəliş\" müsabiqəsi üzrə sınaq imtahanı bu tarixdə keçiriləcək

Hazırda oxunan: \"Yüksəliş\" müsabiqəsi üzrə sınaq imtahanı bu tarixdə keçiriləcək

69566

Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, sınaq imtahanında hər birində 25 sual olmaqla 4 blok təqdim olunacaq:

Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı; Dünya tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı; Hüquq və iqtisadiyyat; Müasir trendlər.

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı 16 aprel 2022-ci il tarixində yukselish.az saytında aşağıdakı vaxtlarda keçiriləcək: Birinci sessiya 11.00 – 13.00; İkinci sessiya 15.00 – 17.00

İştirakçıların şəxsi kabinetlərinə imtahan sessiyası ilə bağlı bildiriş göndərilib. İnternet bağlantısı olan kompüterlə (və ya notbukla) istənilən məkandan imtahana qatılmaq mümkündür. İmtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.
Qeyd edək ki, imtahanda istifadə olunan qiymətləndirmə materialları Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb. İştirakçıların imtahanla bağlı hər hansı sualı yaranarsa, 1820 qısa nömrəsinə zəng edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO