Qardaşını öldürüb həyətdə basdıran şəxsdən XƏBƏR var

Qardaşını öldürüb həyətdə basdıran şəxsdən XƏBƏR var

Hazırda oxunan: Qardaşını öldürüb həyətdə basdıran şəxsdən XƏBƏR var

69359

Masallıda qardaşı qətlə yetirməkdə təqsirli bilinən Seyfulla Cəbiyev barəsində cinayət işi üzrə istintaq başa çatıb.

Bizim.Media APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, yanvarın 5-də Ərkivan qəsəbə sakini İlqar Cəbiyev qardaşı, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə müraciət edib.

İstintaq zamanı itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürülməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanıb. Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO