Daha 2 pandemiya xəstəxanasında ənənəvi xidmət bərpa edildi

Daha 2 pandemiya xəstəxanasında ənənəvi xidmət bərpa edildi

Hazırda oxunan: Daha 2 pandemiya xəstəxanasında ənənəvi xidmət bərpa edildi

68704

COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib. 

TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, hər iki tibb müəssisələrində Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna tam hazır vəziyyətə gətirilib. 

TƏBİB-in Koordinasiya şöbəsinin koordinatoru Orxan Bağızadə və mütəxəssisi Şirin Səmədova görülmüş işlərlə yerində yaxından tanış olub, müvafiq tövsiyələr veriblər. 

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO