Dilqəm Əsgərov Şahbaz Quliyevə çoban işi TƏKLİF ETDİ – VİDEO 

Dilqəm Əsgərov Şahbaz Quliyevə çoban işi TƏKLİF ETDİ – VİDEO 

Hazırda oxunan: Dilqəm Əsgərov Şahbaz Quliyevə çoban işi TƏKLİF ETDİ – VİDEO 

68673

6 il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərovla həbsxana yoldaşı Şahbaz Quliyev arasında yenidən mübahisələr böyüyüb. Şahbaz Quliyevin son etirazına münasibət bildirən Dilqəm Əsgərov onun yalan danışdığını, əksinə evinin və dolanışının yerində olduğunu bildirib. 

Bu dəfə isə Dilqəm Əsgərov Şahbaz Quliyevin qapılarda boyun əyməsini tənqid edərək, eyham dolu çıxışlar edib.  

Bizim.Media-ya ünvanladığı videosujetdə Dilqəm Əsgərov Şahbaz Quliyevin ünvanına təhqiredici ifadələr də səsləndirib:

“Öz hesabıma 26 qoyun almışam. Bu yaxınlarda sayı artacaq və 36 olacaq. Gedib heç kimin qapısında dilənmirəm. Kişi gərək öz hesabına qazansın, əziyyət çəksin, gözünü onun-bunun varına dikməsin. Heç bir problemim yoxdu. Əsas problem Qarabağ və Kəlbəcər idi. Onu da Ordumuz, əsgərimiz, şəhidlərimiz və qazilərimiz hesabına aldıq. Məhz onların hesabına mən bu gün qoyun otarıram. Bir azdan pendir istehsal edəcəyəm və acından ölən Şahbaz Quliyevə də göndərəcəyəm ki, onun-bunun qapısında qalmasın”.

Dilqəm Əsgərov keçmiş həbsxana yoldaşına çoban işi təklif edib:

“Gəl qoyuna get, mənə çoban lazımdır və 400 manat maaş verirəm. Amma sən bunu bacaran deyilsən. Yadındadır, sənə 12 donuz alıb verdim. Hamısını da satıb, pulunu yeyib Bakıya qaçdın. İndi gedib, nə dilənirsən? Mənə təzyiq edirsən? Sən kişisən? Kişi işinə qarışma!”, - deyə o, bildirib. 

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO