Futbol üzrə dünya çempionatı 3 ildən bir keçirilə bilər - İnfantinodan TƏKLİF

Futbol üzrə dünya çempionatı 3 ildən bir keçirilə bilər - İnfantinodan TƏKLİF

Hazırda oxunan: Futbol üzrə dünya çempionatı 3 ildən bir keçirilə bilər - İnfantinodan TƏKLİF

68521

FIFA-nın prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatının 3 ildən bir keçirilməsini təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

C.İnfantino daha əvvəl mundialın 2 ildən bir təşkil olunması fikrini irəli sürmüşdü. Futbol ictimaiyyəti isə bunu narazılıqla qarşılamışdı.
Bu dəfə isə isveçrəli funksioner turnirin 3 ildən bir keçirilməsini istəyir.

Onun yeni planına əsasən, ilk il 24 komandadan ibarət klublararası dünya çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatının belə formatda təşkil olunması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO