De Byazi futbolçularımızı qorxaq ADLANDIRDI: “Azərbaycan yığmasında xarakter problemi var”  

De Byazi futbolçularımızı qorxaq ADLANDIRDI: “Azərbaycan yığmasında xarakter problemi var”  

Hazırda oxunan: De Byazi futbolçularımızı qorxaq ADLANDIRDI: “Azərbaycan yığmasında xarakter problemi var”  

68443

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Bizim.Media "TMW Radio"ya istinadən xəbər verir ki, italyan mütəxəssis yığmanın yoldaşlıq oyunlarada Latviya və Maltaya uduzmasından söz açıb:

"Problem vaxtımızın az olmasıdır. Hazırlıq dönəmində Malta və Latviya ilə qarşılaşdıq və hər ikisini 0:1 hesabıyla uduzduq. Çox günümüz olmasa da, yeni bir sistem yoxladıq".

De Byazi Azərbaycan milli komandası ilə Albaniya yığmasını da müqayisə edərkən üstünlüyü əvvəl çalışdırdığı komandaya verib:

"Albaniya millisi yaxşıdır, keyfiyyətləri var. Mənim komandamda bir şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən vaxta qədər çalışacam. Burada başqa problem də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan. Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir komandaya verə bilmirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO