Azərbaycanın bu şəhər və rayonlarında bərpa işləri aparılacaq – Ayrılacaq məbləğ AÇIQLANDI

Azərbaycanın bu şəhər və rayonlarında bərpa işləri aparılacaq – Ayrılacaq məbləğ AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanın bu şəhər və rayonlarında bərpa işləri aparılacaq – Ayrılacaq məbləğ AÇIQLANDI

68431

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Tərtər rayonunda (1), eləcə də Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (2) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Bizim.Media dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Real-İnşaat” və “Parlaq-N” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3 milyon manat və 4 milyon manat, ümumilikdə 7 milyon manat ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO