ABŞ-da koronavirusun “Britaniya” variantı aşkarlandı

Hazırda oxunan: ABŞ-da koronavirusun “Britaniya” variantı aşkarlandı

6836

ABŞ-ın Kolorado ştatında koronavirusun "Britaniya" variantına (COVID-19 B.1.1.7) yoluxma aşkar edilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis deyib.

Onun sözlərinə görə, yoluxan şəxs təqribən 20-29 yaş aralığında olan kişidir:

“O, təcrid olunub. Səlahiyyətli orqanların məruzələrinə görə, yoluxmuş şəxs son vaxtlar uzun səfərlər etməyib”, - deyə qubernator vurğulayıb. 

J. Polis yeni COVID-19 variantı haqqında hələ çox şey bilmədiklərini, lakin daha sürətlə yayılmasına dair məlumatlı olduqlarını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO