Rusiyada yeməli COVID-19 peyvəndi hazırlandı - Dünyada İLK DƏFƏ

Rusiyada yeməli COVID-19 peyvəndi hazırlandı - Dünyada İLK DƏFƏ

Hazırda oxunan: Rusiyada yeməli COVID-19 peyvəndi hazırlandı - Dünyada İLK DƏFƏ

68321

Sankt-Peterburqun Eksperimental Tibb İnstitutu adi qıcqırdılmış süd məhsulu kimi dad verən koronavirusa qarşı dünyada ilk yeməli vaksinin klinik sınaqlarına tezliklə başlamağa ümid edir.

Bizim.Media xəbər verir ki, bu barədə institutun Molekulyar Mikrobiologiya və patogen mikroorqanizmlərinin molekulyar genetikası laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Suvorov bildirib.

“Bu günə qədər biz peyvənd namizədlərinin dörd variantını yaratmışıq. Çox ümid edirik ki, yaxın gələcəkdə klinik sınaqlara başlayacağıq”, - rusiyalı alim vurğulayıb.

İnstitutun direktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksandr Dmitriyev isə 2020-ci ilin yanvarından institutda müvafiq tədqiqatların aparıldığını qeyd edib.

Onun sözlərinə görə, yeməli COVID-19 peyvəndi bir sıra rəqabət üstünlüklərinə malikdir:

“Onlardan biri bu dərmanın kifayət qədər asan içilməsidir. Həmçinin, belə bir peyvəndin istehsalı xüsusi təmizləmə texnologiyalarının istifadəsini və dərmanın seriyalı istehsalını təşkil etmək üçün ciddi maliyyə xərcləri tələb etmir” (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO