“iPhone 14 daha bahalı olacaq” – Məlumatlar sızdırıldı 

“iPhone 14 daha bahalı olacaq” – Məlumatlar sızdırıldı 

Hazırda oxunan: “iPhone 14 daha bahalı olacaq” – Məlumatlar sızdırıldı 

68297

“Apple”ın “iPhone 13” modeli hələ yeni təqdim edilsə də, milyonlarla istifadəçi yeni “iPhone 14” ailəsi ilə maraqlanır. 

Bizim.Media xəbər verir ki, Yapon mətbuatında “iPhone 14” ilə bağlı məlumatlar sızdırılıb. 

Bildirilib ki, “iPhone 14” ailəsinin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. 

Yeni “iPhone” ailəsinin son bir neçə nəsildə olduğu kimi “iPhone 14”, “iPhone 14 Max”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”dan ibarət olacağı təxmin edilir. Yeni “Apple” son illərdə istifadə etdiyi mini versiyasından imtina edəcək.  

Yapon mətbuatında yer alan iddiaya görə, cihaz daha qəşəng dizayna, daha sürətli A16 bionik çipinə və qabaqcıl kameralara sahib olacaq. Həmçinin “Touch ID”nin geri qayıdacağı da yayılan məlumatlar arasındadır. 
“Forbes”dəki iddialara görə isə yeni modelin qiyməti əvvəlki nəsillərdən 100 dollar baha olacaq. 

Bununla yanaşı yeni “iPhone 14 Pro” seriyasında 8 GB RAM ola bilər. Cari “iPhone 13” ailəsinin Pro versiyasında 6 GB RAM var.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO