Vətən müharibəsində 60 gömrükçü iştirak edib - FOTO

Vətən müharibəsində 60 gömrükçü iştirak edib - FOTO

Hazırda oxunan: Vətən müharibəsində 60 gömrükçü iştirak edib - FOTO

6808

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi.

Prezidentin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçuları təltif olunublar.

Bizim.Media xəbər verir ki, onların arasında Dövlət Gömrük Komitəsinin əməkdaşları da var.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüşlərdə Dövlət Gömrük Komitəsinin, ümumilikdə 60 nəfər əməkdaşı iştirak edib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə şəhidlik zirvəsinə ucalan əməkdaşımız Hacıyev Ülvi Şirin oğlu "Vətən uğrunda" medalı ilə təltif olunub. Həmçinin, qazi əməkdaşlarımız Babayev Elnur Əlihüseyn oğlu "Cəsur döyüşçü", Əliyev Vasif Şakir oğlu, Carçıyev Elvin Rasim oğlu, Vəlibəyli Orxan Rövşən oğlu, Məmmədov Cavid Əlibaxış oğlu, Mirzəyev Kamran Valeh oğlu, İsmayılzadə İmran Əmrulla oğlu "Füzulinin azad olunmasına görə", Əliyev Vasif Şakir oğlu, Hüseynzadə Taleh Zaur oğlu, Məmmədov Cavid Əlibaxış oğlu, Ağayev Fərid Rasim oğlu, Bağırov Pərviz İsrafil oğlu, İsmayilzadə İmran Əmrulla oğlu "Xocavəndin azad olunmasına görə", Zeynalov Tamerlan Fazil oğlu, Hüseynzadə Elbəy Oktay oğlu, Süleymanov Nuran Nüsrəddin oğlu, Babayev Elnur Əlihüseyn oğlu "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO