“Ermənilər Xocalıda növbəti təxribata əl ata bilər” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ

“Ermənilər Xocalıda növbəti təxribata əl ata bilər” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Ermənilər Xocalıda növbəti təxribata əl ata bilər” – Ədalət Verdiyevdən XƏBƏRDARLIQ

67316

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin Xocalı rayonunun Pirlər kəndində növbəti təxribata hazırlaşmaları ilə bağlı görüntülər yayılıb.

Belə ki, kənd ərazisinə gələn ermənilərə sülhməramlıların yaxınlığında silah paylandığı görüntülərdə öz əksini tapıb. 

Qeyd edək ki, Pirlər kəndi Azərbaycan ordusunun nəzarətə götürdüyü Fərrux yüksəkliyi yaxınlığında yerləşir və bu faktor ermənilərin yeni təxribatlara cəhd etməsi ehtimallarını daha da artırır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynada BÖYÜK ƏMƏLİYYAT planı hazırlayır – Ədalət Verdiyevdən DETALLAR


Eyni zamanda Azərbaycan ordusunun dislokasiya tədbirlərini davam etdirməsinin də gözlənildiyini nəzərə alsaq, hərbçilərimizin suveren ərazilərimizdə atacağı addımlara qarşı separatçı qüvvələrin silaha əl atması da artıq real görünür.

Mövzunu Bizim.Media üçün şərh edən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, ərazidə müşahidə etdiklərimiz onu göstərir ki, erməni silahlıları nə son hadisələrdən, nə noyabrın 16-dakı döyüşlərdən, nə də Vətən müharibəsindən doğru-dürüst nəticə çıxarmayıblar:

“Növbəti erməni silahlıların əraziyə yeridilməsi onlar tərəfindən növbəti təxribatların həyata keçirilə biləcəyini nümayiş etdirir. Lakin hesab edirəm ki, Azərbaycan ordusu bu tip təxribatların qarşısını əvvəllər olduğu kimi yenə də qətiyyətlə alacaq və nəticədə ziyan çəkən tərəf mütləq erməni silahlıları olacaq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO