“Əgər Nikol Paşinyanın hakimiyyəti davam etsə , parlament spikerinin iclaslara “salam əleyküm” sözləri ilə başlamasına təəccüblənməyəcəyəm”.
Bizim.Media “Arminfo”ya istinadla məlumat verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevork Petrosyan deyib.
O bildirib ki, ölkə rəhbərliyi Nair Zoqrabyanı deputat mandatından məhrum etmək qərarı ilə Ermənistan konstitusiyasını pozur.
''Konstitusiyada deyilir ki, qanun qarşısında hamı bərabərdir. Əgər “zibil” sözü belə dərin təhqirdirsə, onda bundan da pis ifadələr işlədən Ermənistanın Baş naziri barəsində niyə müvafiq proseslər həyata keçirilmir?''
''Deputatın parlament komissiyasının rəhbəri vəzifəsindən kənar edilməsi o halda baş verə bilər ki, şəxsin deputat səlahiyyəti bitsin və ya özü vəzifədən imtina etsin''.
''Naira Zoqrabyanın məsələsində bunların heç biri olmadı. Bu, Konstitusiya quruluşunun növbəti dəfə devrilməsidir'', - deyə Petrosyan əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:23 / 29.12.2020
Petrosyan: ''Belə getsə parlamentin iclsası ''salam əleyküm''lə başlayacaq''
Hazırda oxunan: Petrosyan: ''Belə getsə parlamentin iclsası ''salam əleyküm''lə başlayacaq''
Hazırda oxunan: Petrosyan: ''Belə getsə parlamentin iclsası ''salam əleyküm''lə başlayacaq''
6715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.