"Onun üçün çox darıxırıq. Çox gözəl bir dəyəri itirdik".
Bizim.Media xəbər verir ki, bunu Ayaz Mütəllibovun nəvəsi Tahir Mütəllibov eks-prezidentin vida mərasimində deyib.
MÖVZU İLƏ BAĞLI:
Tahir Kərimli Ayaz Mütəllibov BARƏDƏ: “Çox kövrək insan idi”
Onun sözlərinə görə, babası ilə son danışığı bir ay əvvəl olub:
"Çox gözəl insan idi. Müxtəlif mövzularda polemikalarımız olurdu. Hətta siyasi mövzularda belə danışırdıq. Amma konkret nədən o, bizə aiddir. Ölüm xəbərini dünən eşitdim və xaricdən gəldim. İtkimiz ağırdır".
Alçina Amilqızı, Bizim.Media