“Ayaz Mütəllibov müstəqillikdən öncə azərbaycanın rəhbəri idi və onun dövründə Azərbaycan öz mütəqilliyinə qovuşdu. BMT-nin tamhüquqlu üzvü oldu. Halbuki həmin vaxtı Azərbaycanın Qarabağ olmadan BMT üzvü olmağı qeyd edilirdi. Lakin bu olmadı. Biz bunun xeyrini çox sonralar da gördük”.
Bunu millət vəkili Tahir Kərimli Ayaz Mütəllibovun vida mərasimi zamanı Bizim.Media-ya açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Siyasətçilər Ayaz Mütəllibov BARƏDƏ: “Xalqla birləşə bilmədi”
“O zaman biz ayrı-ayrı cəbhələrdə idik, müstəqillik uğrunda mübarizə aparırdıq.
O, çox kövrək insan insan idi. Moskvaya bir dəfə getdim. Deyirdilər ki, onun olduğu yeri çox qoruyurlar. Mən masaya əyləşdim, masa sürüşdü. Orada sadə həyat tərzi keçirirdi. Tarixi insandır. Dövlət rəhbərliyinə, prezidentə, Mehriban xanıma təşəkkür edirəm ki, 2012-i ildə onun Azərbaycana qayıtmasına şərait yaratdılar”.
Alçina Amilqızı, Bizim.Media