Opera və Balet Teatrında bir gün - FOTOREPORTAJ  

Opera və Balet Teatrında bir gün - FOTOREPORTAJ  

Hazırda oxunan: Opera və Balet Teatrında bir gün - FOTOREPORTAJ  

66716

Ötən gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart Beynəlxalq Teatr Günü münasibətilə teatrlarda açıq qapı günü keçirilib. 

Bizim.Media bu təşəbbüsü ilk olaraq keçirmək qərarı verən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “bir günü” ilə tanış olub.  

Paytaxt sakinləri ilə yanaşı, tədris ocaqlarının şagird və müəllim heyətinə qədər hər kəs, teatrın pərdəarxasında qalan həyatında nələrin baş verdiyini öyrənmək üçün Opera və Balet  Teatrına axın edib.  

Tamaşaçılar sözün əsl mənasında “Teatrda bir gün” keçiriblər.  

Opera və Balet Teatrının gülərüzlü kollektivi ekskursiyaya gələn tamaşaçıları ilk olaraq, orkestrlə tanış ediblər. Daha dəqiq, “Karmen” operasının ecazkar musiqisi hər kəsi orkestrin yaradıcı heyətinə tərəf yönəldib.  

Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev və orkestr heyəti gələn qonaqları səmimiyyətlə qarşılayıb.

“Karmen”in möhtəşəm musiqisinin sədaları altında teatrın kulisinə axın edən tamaşaçılar, ilk olaraq səhnədəki dekorasiyalarla tanış oldular.

Maraqlı anlar teatrın dekorasiyalar hazırlanan hissəsi, geyim sexi, qrim otaqları, xoru, baş rejissorun məşq prosesi, konsertmeysterin ifası və balet truppasının rəqsini izləməklə başa çatdı. 

“Teatrda bir gün” layihəsi çərçivəsində Akademik Opera və Balet Teatrında baş tutan ekskursiya uğurla başa çatdı. Günün sonunda isə ekskursiyanın ikinci hissəsi olaraq, tamaşaçılar P.Maskanyinin “Kənd namusu” operasını izlədilər.  

Qeyd edək ki, açıq qapı günü Akademik Milli Dram Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrında da baş tutub.  

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO