Müxalifət Ermənistandakı seçkilərin şərtlərini açıqladı

Müxalifət Ermənistandakı seçkilərin şərtlərini açıqladı

Hazırda oxunan: Müxalifət Ermənistandakı seçkilərin şərtlərini açıqladı

6646

“Paşinyan hakimiyyətdən getməlidir və bundan sonra Ermənistanın yeni hökuməti ordunun döyüş hazırlığını artırmalı, ardınca isə Azərbaycanla, yaxud üçtərəfli şəkildə sərhədlər barədə danışıqlar aparılmalıdır”

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu fikirləri müxəlifətin vahid namizədi olan Vazgen Manukyan jurnalistlərlə söhbət zamanı açıqlayıb.

Manukyan Paşinyanın növbədənkənar seçki keçirilməsi istəyinə də münasibət bildirib:

“Nikol onun Baş nazirliyinə razı və narazıların siyasi arealını bölmək istəyir. Bu özündə köhnə-təzə, ağ-qara, elita və xalq müqayisəsini ehtiva edən sadə fənddir. Lakin biz aydın şəkildə bəyan etmişik ki, Paşinyanın iştirakı ilə Ermənistanda heç bir seçki keçirilməyəcək”.

Xatırladaq ki, noyabrın 10-dan etibarən Paşinyana qarşı keçirilən etiraz aksiyaları davam edir və Baş nazirin istefasını tələb edənlər hər gün daha da çoxalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO