"Rusiya-Azərbaycan münasibətlərinin tarixi, xalqlarımız arasındakı münasibətlərin tarixi uzun və dərindir. Bu münasibətlərin tarixi kökü var".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirilən brifinqdə bildirib.
"Hazırda diplomatik münasibətlərimizin 30 illik yubileyidir. Biz Azərbaycanlı həmkarlarımızla bir sıra əhəmiyyətli tədbirlər hazırlamışıq. Bu tədbir rəsmi təbrik məktublar mübadiləsi, müxtəlif səviyyələrdə görüşlərdir.
MÖVZU İLƏ BAĞLI:
“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir” – Zaxarova
Rusiyada Azərbaycan günləri çərçivəsində sərgilər, konsertlərə start verilib. Mədəniyyət sahəsində ölkəmiz Azərbaycanda da bir sıra tədbirlər hazırlayır.
Diplomatik münasibətlərimizin 30 illiyi fevralın 22-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməsinin imzalanması fonunda keçir. Bu sənəd gələcəkdə bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar açır", - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Bizim.Media