Azərbaycanda dövlət qurumları işlənmiş avtomobillər ala bilməyəcək - RƏSMİ

Azərbaycanda dövlət qurumları işlənmiş avtomobillər ala bilməyəcək - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda dövlət qurumları işlənmiş avtomobillər ala bilməyəcək - RƏSMİ

65639

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Dəyişikliklə qərara yeni bənd əlavə edilib. Yeni bəndə əsasən, Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satınalınmasına yol verilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO