Mehriban Ələkbərzadə Gənc Tamaşaçılar Teatrının kollektivinə təqdim edildi - FOTO

Mehriban Ələkbərzadə Gənc Tamaşaçılar Teatrının kollektivinə təqdim edildi - FOTO

Hazırda oxunan: Mehriban Ələkbərzadə Gənc Tamaşaçılar Teatrının kollektivinə təqdim edildi - FOTO

65508

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə kollektivə təqdim olunub.  

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya daxil olan xəbərə görə, təqdimetmə mərasimində Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun rəhbəri Könül Cəfərova, tearın direktoru Naidə İsmayılzadə və kollektiv üvləri iştirak ediblər. 

Mehriban Ələkbərzadə ona göstərilən bu etimada görə təşəkkürünü bildirib:  

“Bu teatr mənə çox doğmadır. Çünki elə bu səhnədə “Cəza” tamaşasını oynayırıq. Ümumiyyətlə harda işləməyimizdən asılı olmayaraq, biz Azərbaycan teatr camiəsinin üzvüyük, istənilən yer bizim doğma məkanımız ola bilər. 90-dan artıq yaşı olan və elə 90-na yaxın aktyor heyəti olan nəhəng bir teatrdır.

Bu heyətlə çalışmaq və daha böyük uğurlara imza atmaq mümkündür. Daha maraqlı və kreativ təqdimatlar bizim əsas hədəfimizdir. İnanıram ki, alınacaq və mən bu göstərilən etimadı doğruldacam”.
Teatrın direktoru Naidə İsmayılzadə yeniliklərin teatrın, sənətin inkişafına fayda verdiyini söyləyib:

“Mehriban xanım teatrla yaşayan bir insandır və düşünürəm ki, Gənc Tamaşaçılar Teatrına gəlişi çox faydalı olacaq. Çünki zaman dəyişiklik və yenilənmələr zamanıdır. Daha maraqlı və çevik olmağımız vacibdir. Teatrda hal-hazırda təmir gedir, yaxın zamanda bu binanın siması yenilənəcək, şövqlə çalışmağımız və daha gözəl işlər ortaya qoymağımız üçün hər cür şərait olacaq.” 

Sonda baş rejissor Mehriban Ələkbərzadəyə kollektiv adından çiçək dəstəsi təqdim olunub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO